Tarix

2005-ci ildən Azərbaycanda faəliyyətə başlayan "Garant Holding" uğurlu və dinamik idarəetmə şirkətidir və tərkibinə daxil olan şirkətlərin fəaliyyətinə, onların strateji qərarlarına rəhbərlik edir. "Garant Holding" şirkətlər qrupu Inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcə də səyahət sahələrində fəaliyyət göstərir. Biznesin müxtəlif sahələrində fəaliyyət göstərən "Garant Holding" öz məhsulları və xidmətləri ilə müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etməyi qarşısına məqsəd qoymuşdur. Gənc , dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatının önündə olmağı hədəfə alan "Garant Holding" ölkənin mühüm iqtisadi qüvvələrindən biridir. Bu şirkət qabaqcıl və ən müasir yenilikləri Azərbaycanda tətbiq etməklə, öz tərkibinə daxil olan şirkətlərin inkişafına dəstək verməklə yanaşı fəaliyyət göstərdiyi biznes sektorlarında da beynəlxalq rəqabətin inkişafına təkan verir.

2005-ci ildən 2013-cü ilə qədər şirkət "ZQAN Holding" adı altında fəaliyyət göstərib,10 may 2013 il tarixindən etibarən adını dəyişərək, onu yeni korporativ ad - "Garant Holding"-lə əvəzləyib.

Ölkənin nadir geofiziki, sosial və iqtisadi mövqeyi, təşkilati stabilliyi, iqtisadi potensialı, təbii ehtiyatları, yüksək ixtisasa və səriştəyə malik insan ehtiyatları "Garant Holding" şirkətinin inkişafını təmin edən əsas dəstəkverici amillərdir.


Tez-tez verilən suallar
ardı >
Keçidlər
Azərbaycan və Dünya Bankı Azərbaycan və Beynəlxalq Valyuta Fondu Azərbay ardı >
Foreks
Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı. ardı >