Təsisçinin müraciəti

Son bir neçə ildə "Garant Holding" qazandığı nailiyyətlərə əsaslanaraq, Azərbaycanda güclu sosial-iqtisadi irəliləyişə töhfə verən ən böyük şirkətlərdən birinə çevrilib. Əldə etdiyi nailiyyətlərlə kifayətlənməyən şirkət fəaliyyət sahələrini daha da inkişaf etdirmək uğrunda səylərini müvəffəqiyyətlə davam etdirir.

Holdinqin biznes və iqtisadiyyatın bütün sahələrində davamlı olaraq irəli getmək məqsədi ölkə rəhbərliyinin Azərbaycanın dinamik inkişafı və işıqlı gələcəyi naminə yorulmadan çalışmaq siyasəti ilə üst –üstə düşür. Xalqımız və fədakar həmyerlilərimiz üçün milli dəyərlərin yaradılmasını və qorunmasını təmin etmək məqsədilə istər yerli, istərsə də beynəlxalq strateji və əlverişlı kommersiya yönümlü investisiya layihələrində fəal iştirak etməyə can atırıq.

Hal-hazırda "Garant Holding" Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarında uğurla təmsil olunur. 2013-cü ilə qədər müxtəlif maliyyə sektorunda fəaliyyət göstərən şirkət bu ildən etibarən imkan və potensialını bir az da genişləndirərək resurslarını aqrar sektora yönəldib. Inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, səyahət kimi sahələri əhatə edən Holding tərkibində olan şirkətlərin fəaliyyətinə və strateji qərarlarına bilavasitə nəzarət etməklə onların xidmət və istehsal keyfiyyətini nizamlayır.

Müəssisələrimizin geniş və müxtəlif sahələri əhatə etməsi göstərdiyimiz fədakarlığın və qəbul etdiyimiz cəsarətli qərarların və bizi uğurlara doğru aparan nəticələr əldə etmək niyyətimizin ifadəsidir. Biz əldə etdiyimiz nəticələrlə fəxr edir və səmimiyyətə, düzlüyə, əməksevərliyə əsaslanan etibarlı əlaqələrə böyük əhəmiyyət veririk. Biz biliklərimizi paylaşmağı, dəyərli təklifləri dəstəkləməyi və hər bir sahədə öndə olmağı bacarırıq.

Biz Azərbaycan iqtisadiyyatının dinamik inkişafında mühüm rol oynayan qurumlar arasında hər sahədə ilk və qabaqcıl olmağı qarşımıza məqsəd qoymuşuq. Təmsil olunduğumuz bütün Biznes sahələrində yeni texnologiyaların istifadəsi və qabaqcıl təcrübənin, beynəlxalq standartların tətbiqi korporativ idarəetmədə yeni biliklərin mənimsənilməsinə zəmin yaratmışdır. Bu, korporativ sosial məsuliyyət, iqtisadi resurslardan rasional istifadə edilməsi və ətraf mühitin qorunması, müştəri əlaqələrinin idarə edilməsində özünü biruzə verir və malik olduğumuz rəqabət üstünlüyünün əsasını təşkil edir .

"Mən qətiyyətlə deyə bilərəm ki, iqtisadiyyat sahəsində qazandığımız nailiyyətlər və cəmiyyətdə qoyduğumuz izlər Sizi də bu uğurların əldə olunmasında iştirak etməyə və gələcək arzularınızı həyata keçirmək üçün bizə qoşulmağa həvəsləndirəcəkdir."

Anar Məmmədov
Təsisçi


Tez-tez verilən suallar
ardı >
Keçidlər
Azərbaycan və Dünya Bankı Azərbaycan və Beynəlxalq Valyuta Fondu Azərbay ardı >
Foreks
Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı. ardı >