"Qarant Sığorta" şirkətinin nizamnamə kapitalı artdı

Şirkətin səhmlərinin nominal dəyərinin 1 milyon manat məbləğində artırılması qeydiyyata alınıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Qarant Sığorta" ASC-nin səhmlərinin nominal dəyərinin 1 milyon manat məbləğində artırılmasını qeydiyyata alıb. Qiymətli Kağızlar Dövlət Reyestrindən çıxarışda hər səhmin nominal dəyəri 250 manat artırılaraq 1.250 manat qeyd olunmuşdur. Səhmlərin ümumi sayı 4000 ədəd olaraq qalmışdır. Bununla da şirkətin nizamnamə kapitalı 4 milyon manatdan 5 milyon manatadək artacaq.

2007-ci il noyabr ayının 27-də fəaliyyətə başlayan "Qarant Sığorta" Azərbaycanın ən iri holdinqlərindən biri olan Garant Holdinq Şirkətlər Qrupuna daxildir. "Qarant Sığorta" şirkəti həm də BMT-nin Qlobal Saziş Şəbəkəsinin Azərbaycan üzrə təmsilçisidir. Hər Kəsin Sığorta Şirkəti olmağı qarşısına məqsəd qoyan "Qarant Sığorta" ölkə sığorta bazarında mövcud olan digər şirkətlərdən fərqli olaraq fəaliyyəti boyu korporativ abonentlərlə yanaşı fərdi müştərilərə də önəmi verir.


Tez-tez verilən suallar
ardı >
Keçidlər
Azərbaycan və Dünya Bankı Azərbaycan və Beynəlxalq Valyuta Fondu Azərbay ardı >
Foreks
Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı. ardı >