Korporativ Sosial Məsuliyyət

"Garant Holding" in Korporativ Sosial Məsuliyyətinin əsas məqsədi davamlı inkişafa dəstək vermək və Azərbaycan şirkəti olaraq cəmiyyətin məhsuldar üzvü olmaqdır. "Garant Holding" cəmiyyətimizin və bütövlüklə gələcəyimizin bir hissəsidir. Korporativ Sosial Məsuliyyət fəlsəfəmiz ictimaiyyətə köməklik göstərməkdən, işıqlı gələcəyə doğru təkan verən proqramların işlənib hazırlanmasından və bu proqramların yerinə yetirilməsində fəal iştirak etməkdən ibarətdir.

"Garant Holdinq" öz fəaliyyətində KSM qarşısındakı öhdəliklərini əyani olaraq nümayiş etdirir və davamlı inkişafa nail olmaq məqsədilə fasiləsiz olaraq dəyərlərə, biznes etikasına və iş yerlərinin vəziyyətinin yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verməklə bu öhdəlikləri daha da təkmilləşdirir. Üzərimizə götürdüyümüz öhdəliklərə məktəb və universitetlərdə həyata keçirilən layihələrə, əhəmiyyətli ənənəvi layihələrə sponsorluq və ya xeyriyyə tədbirləri, eləcə də idmanın inkişafı üçün göstərilən maddi dəstək vasitəsilə qabaqcıl sahələrdə potensialın yaradılması və rəqabətin artırılması daxildir.

Korporativ Sosial Məsuliyyət Siyasəti

"Garant Holding" bütün maraqlı tərəflər üçün etibarlı və sadiq ortaqdır. Müştəri məmnuniyyəti və cəmiyyətimizin müvəffəqiyyətli inkişafı üçün göstərdiyimiz səylər "Garant Holding" in güclənməsini və mövcudluğuu təmin edir. Biz müxtəlif müştəri qruplarının tələblərini dərk edir, onların bizim xidmətlərimizdən istifadə etmək imkanlarını və qabiliyyətlərini qiymətləndiririk. Müştərilərimizlə və cəmiyyətimizin bütün qrupları ilə əməkdaşlığımızı daima yaxşılaşdırmaq və inkişaf etdirmək bizim məqsəd və hədəfimizi təşkil edir.

"Garant Holding" şirkətinin həyata keçirdiyi Bazar kommunikasiyası ümumi olaraq təqdir və təsdiq olunmuş əlverişli ticarət ənənələrinə, təcrübəsinə, qaydalarına və normativlərinə uyğun olaraq həyata keçirilir. Media kanalları və ya proqramları vasitəsilə həyata keçirilən bazar kommunikasiyası sırf olaraq fiziki zorakılığa və təsirlərə əsaslanan hər hansı mühitin irəliləməsinə və inkişafına imkan yaratmır.

"Garant Holding" milli iqtisadiyyata göstərdiyi dəstək və yardımla yanaşı təhsil, texnologiya, incəsənət və mədəniyyət sahəsində bir çox sosial layihələrin həyata keçirilməsinə də yardımçı olmuşdur. "Garant Holdinq" ölkəmizdə həyata keçirdiyi bu fəaliyyətlə yüksək səriştəli və bilikli insan resurslarının inkişafını dəstəkləməyi qarşısına məqsəd qoymuşdur.

"Garant Holding" tərəfindən həyata keçirilən sosial layihələrin əsas məqsədi:

  • Kommersiya sahəsində və cəmiyyətdəki iştirakımızda etik, sosial və mühit meyarlarını diqqətə almaq
  • Əməliyyatlarımızda KSM risklərini və imkanlarını nəzərdən keçirmək
  • Azərbaycanda mədəniyyətin, idmanın, iqtisadiyyatın, təhsilin və digər sahələrin inkişafına təkan verən uzunmüddətli layihələri həyata keçirməklə cəmiyyətimizdə iz qoymaqdır.


Tez-tez verilən suallar
ardı >
Keçidlər
Azərbaycan və Dünya Bankı Azərbaycan və Beynəlxalq Valyuta Fondu Azərbay ardı >
Foreks
Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı. ardı >