"Garant Holding"-in iftar aksiyasının ikinci günü

"Garant Holding iftar süfrəsinə dəvət edir" aksiyası davam edir.

Iyulun 22-si İşıqfor və dayanacaqlarda insanlara su və xurma paylanması ilə yanaşı Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Yasamal parkında qurulan çadırdan iftar açanlara yüngül yemək ikram olundu.

Yarım saat ərzində 350 insanın qonaq olduğu mərasim holding əməkdaşlarının iştirakı ilə reallaşdı."Garant Holding" –in İftar süfrəsinin qonaqlarına Mərcan toyuq məhsullarından hazırlanmış yüngül təamlar və "Yarsu" qazlı və qazsız içkilər paylandı. Aksiyanın ikinci günüdə 2500 yaxın insanı əhatə etdi.

Xsüsən "Mərcanında" bu aksiyasa qatılması uşaqlar tərəfindən çox yaxşı qarşılanaraq onların şənlənməsinə səbəb oldu.

Sözügedən Ramazan aksiyası "Garant Holding"-in Dİrektorlar Şurasının sədri Anar Məmmədovun təşəbbüsü ilə ənənəvi səciyyə alıb.Belə ki "Garant Holding, Mərcan və Yarsu iftar süfrəsinə dəvət edir" sloqanı altında həyəta keçirilən ramazan aksiyası bu gündə eyni qayda ilə davam edəcək.


Tez-tez verilən suallar
ardı >
Keçidlər
Azərbaycan və Dünya Bankı Azərbaycan və Beynəlxalq Valyuta Fondu Azərbay ardı >
Foreks
Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı. ardı >