"Garant Holding" Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçirib

Hər il olduğu kimi bu il də Azərbaycanın ən iri holdinqlərindən biri olan "Garant Holding" Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirib. "Garant Holding"-in təsiçisi Anar Məmmədovun təşəbbüsü ilə həyata keçirilən bu aksiyaya oktyabrın 2-si start verilib. Xoldinqin əməkdaşları əvvəl Şağan qəsəbəsində yerləşən 3 saylı İnternat evində uşaqlara baş çəkib, onlara paltaryuyan maşın, bayram sovqatları hədiyyə edib və şən klounlarla birgə onlara əsl bayram sevinci yaşadıb. Sonra isə xeyriyyəçilər elə həmin qəsəbədə yerləşən "Müharibə əlilləri üçün Müalicə Pansionatı"nı ziyarət edib, onlara həyatlarını az da olsa asanlaşdıran əlil arabalarını hədiyyə ediblər.

Aksiyanın davamı oktyabrın 3-çü Nərimanov rayonunda yerləşən gözdən əlil insanların kompakt yaşadığı ərazidə və həmin rayonda məskunlaşan qaçqın və məcburi köçkünlərin yataqxanasında baş tutdu. Nərimanov rayonu İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə "Garant Holding"-in əməkdaşları aztəminatlı ailələrin ünvanlarına bayram azuqələri çatdırmaqla bu ailələrə bayram payı hədiyyə etdilər.

"Garant Holding" neçə illərdir İslam aləminin ən böyük bayramlarından biri olan Qurban bayramını həmvətənlərimizlə, bacı və qardaşlarımızla bölüşür, bayramları soydaşlarımızla keçirməyə xüsusi önəm verir. Xoldinqin əməkdaşları bu cür aksiyaların keçirilməsini sadəcə korporativ sosial məsuliyyət deyil, özünün mənəvi borcu hesab edir və hər dəfə bu aksiyalarda böyük ruh yüksəkliyi ilə iştirak edirlər.

"Garant Holding" mübarək Qurban Bayramı münasibətilə həmvətənlərimizi təbrik edir və kəsilən qurbanların qəbul olunması diləyir.


Tez-tez verilən suallar
ardı >
Keçidlər
Azərbaycan və Dünya Bankı Azərbaycan və Beynəlxalq Valyuta Fondu Azərbay ardı >
Foreks
Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı. ardı >