İnsan Resursları Siyasəti

"Garant Holding"-in İnsan Resursları Siyasəti məsuliyyət və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Yaradıcılığı, uğurları və nailiyyətləri dəstəkləyən bir mühit yaradıldığı üçün "Garant Holding"-ə gələn insanlar burada işləməyə maraq göstərirlər.

Ümumi məqsədlərin həyata keçirilməsinə kömək etmək üçün "Garant Holding" komanda halında çalışmaq istəyən, öhdəlikləri, məsuliyyəti, riskləri və intizamı bölüşməyə hazır olan yüksək motivasiya olunmuş fərdləri əməkdaşlığa cəlb edir.

"Garant Holding" hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə məşğuliyyəti və iş yeri seçmək hüququnu tanıyır və qəbul edir. "Garant Holding"-in məqsədyönlü şəkildə öz şirkətlər qrupuna cəlb etmək, inkişaf etdirmək və qoruyub saxlamaq istədiyi məhz - təbii intellekt, motivasiya və işgüzar düşüncədir.

Bütün fərdlərə bərabər əmək şəraiti və vəzifədə irəliləmək imkanlarını təmin etmək üçün "Garant Holding"-də əmək fəaliyyəti ilə bağlı qərarların qəbul olunması xidmət, ixtisaslaşma, qabiliyyət və bacarıq kimi meyarlara əsaslanır. Biz əmək imkanlarının təmin edilməsində irqinə, dərisinin rənginə, dininə, cinsinə, milli mənsubiyyətinə, yaşına və ya qanunla qadağan olunmuş digər meyarlara görə ayrı-seçkiliyə yol vermirik. Bu siyasət kadrların seçilməsi, işə qəbul edilməsi, mükafatlandırılması, intizam tənbehinin verilməsi, işdən çıxarılması, güzəşt və təlimlərdən istifadə etmək hüquqlarının təmin edilməsi da daxil olmaqla məşğulluğun bütün aspektlərini əhatə edir.

"Garant Holding"-in uğurlu işgüzar əməliyyatları və nüfuzu, dürüst əməkdaşlıq və əxlaqi davranış prinsiplərinə əsaslanır. Biz inanırıq ki, "Garant Holding"-dəki hər bir işçi şirkətin inkişafına və uğuruna birbaşa töhfə verir və əminik ki, hər bir əməkdaşımız "Garant Holding" ailəsinin bir üzvü olmağı ilə fəxr edir.


Tez-tez verilən suallar
ardı >
Keçidlər
Azərbaycan və Dünya Bankı Azərbaycan və Beynəlxalq Valyuta Fondu Azərbay ardı >
Foreks
Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı. ardı >